Mətbəə və poliqrafiya haqqında
12 Mart 2024Mətbəə – poliqrafiyanın əsas hissəsi olub bütün materiallar üzərində loqo, rəsim, yazı və müxtəlif qrafik elemetləri xüsusi avadanlıqlar və texnologiyalarla çap edən müəssisədir. Mətbəə dedikdə bir qayda olaraq kağız məhsullarının üzərində çapların edilməsi göz önünə gəlir. Mətbəə həmçinin bir çap məhsulundan çoxlu sayda nüsxələmək imkanı da verir. Hazırda mətbəələrdə ən geniş yayılmış iki növ çap texnologiyasından istifadə edilir.
- Rəqəmsal (Lazer printer çapı)
- Ofset üsulu ilə çap
Rəqəmsal çap – Lazer printerlər vasitəsilə həyata keçirilən çapdı. Burada çaplar kompüterdən birbaşa printerə ötürülür və saniyələr ərzində çap nüsxəsini əldə etmiş olursunuz. Rəngləndirmə sistemi olaraq toner istifadə edilir. Lazer çaplar CMYK rəng tonları ilə çalışırlar. Elə buna görə də ofset çaplara yaxın rənglər əldə edilir. Lazer printerlər iki səbəbə görə evəzedilməz hesab edilir. Birinci sürətli çap, ikincisi az sayda çap edə bilmək imkanın olması. Lazer printerlər yalnız bir cəhətinə görə ofset çaplardan geri qalırlar. Tiraj böyük olduğu zaman məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxardır. Bu da sərfəli hesab edilmir. Ona görə əgər az sayda çap məhsulu sifarişiniz varsa seçiminiz lazer printerlər olmalıdı. Peşəkar lazer printerlərə misal olaraq Xerox ve Konikanın adlarını qeyd edə bilərik. Printerlərin kağız ölçüləri 45x33sm və banner çapı olaraq 64x33sm hesab edilir. Lazer printer vasitəsilə əsasən vizitka, flayer, buklet, kataloq, etiket, stiker, dəvətnamə, təbrik kartları, menyu, qaimə və s hazırlamaq olur.